“Su hövzələrinin çirklənməsi problemləri” mövzusunda maarifləndirici tədbir
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Su hövzələrinin çirklənməsi problemləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Maliyyə və mühasibat fakültəsinin dekanı iqtisad elmləri namizədi Hafis Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin su ehtiyatlarından səmərəli istifadəni təmin etmək üçün əlavə tədbirlər haqqında müvafiq Sərəncamının və bu sahədə müəyyənləşdirilmiş 2020-2022-ci illər üçün Tədbirlər Planının əhəmiyyətini diqqətə çatdırıb.
Universitetin Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının baş müəllimi coğrafiya üzrə fəlsəfə doktoru Firuzə Cəfərova sürətli sənayeləşmə, çirkab suların su hövzələrinə axıdılması, su ehtiyatlarından sui-istifadə məsələlərindən danışıb. O, gələcəkdə ciddi su çatışmazlığı problemi ilə üzləşməmək üçün sudan səmərəli və qənaətlə istifadənin, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsinin təşkili imkanları barədə məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Görkəmli alim Aslan Məmmədlinin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Sosial elmlər üzrə gənc tədqiqatçıların beynəlxalq konfransı başa çatıb
Amerikalı mütəxəssis Mədəniyyət və İncəsənət Universitetində olub
DİM: Qabiliyyət imtahanının təkrar keçirilməsi ilə bağlı müraciətlərə baxılmır
“Yüksəliş” müsabiqəsinin qabiliyyət üzrə yoxlama imtahanı keçiriləcək