Təhsil Nazirliyinin əməkdaşları arasında futbol turnirinə start verilib
Bakı, 14 may, AZƏRTAC
Təhsil Nazirliyinin əməkdaşları arasında 28 May – Müstəqillik Gününə həsr olunan futbol turnirinə start verilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 10 komandanın mübarizə apardığı yarışlara mayın 27-də yekun vurulacaq.
Qeyd edək ki, futbol turnirinin keçirilməsində məqsəd əməkdaşlar arasında komanda ruhunu gücləndirmək, onların asudə vaxtını birlikdə səmərəli təşkil etmək və sağlam həyat tərzinə istiqamətləndirməkdən ibarətdir.
Dövlət İmtahan Mərkəzi: 12 minə yaxın subbakalavr ərizəsini təsdiq edib
Xarici dil imtahanına qeydiyyat yekunlaşır
Doqquz illik təhsil bazasında Azərbaycan dili imtahanı vermək üçün 129 nəfər qeydiyyatdan keçib
AMEA-da Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının vitse-prezidenti ilə görüş olub
Altı şəhər və rayonda magistraturaya qəbul imtahanı (ikinci cəhd) keçirilir