×
A
A
A
Sazlamalar

Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ilində 30 ixtisas üzrə (əyani və qiyabi) təkrar ali təhsil almaq üçün sənəd qəbulu avqustun 1-dək davam edəcək.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada (http://tekrar-alitehsil.aztu.edu.az:9594/) həyata keçirilir.
Bu ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.
Sənədlərin qəbulu avqustun 1-dək davam edəcək.
Namizədlər ətraflı məlumat üçün [email protected] elektron poçt ünvanına yaza bilərlər.

Elm və təhsil 2022-05-14 17:21:00