×
A
A
A
Sazlamalar

UNEC-in Karyera mərkəzində növbəti təlim

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün növbəti təlim keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə “PAŞA Bank” ASC-nin KOS Bankçılıq departamentinin rəqəmsal qeyri-kredit məhsullar üzrə qrup rəhbəri Xanım Rüstəmova “Kreativ biznes strategiyası və dinamik məhsul idarəedilməsi” mövzusunda çıxış edib.
Təlimdə uğurlu biznes strategiyasının qurulmasından, biznes analizlərinin düzgün şəkildə aparılmasından, eləcə də beynəlxalq təcrübə və KOS bankçılıqla bağlı məlumat verilib. Eyni zamanda, biznesin bazardakı mövqeyinin SWOT analizi ilə müəyyən edilməsi, məhsulun bazara daxil olma planının başqa üslublarla uyğunlaşması kimi zəruri məlumatlar diqqətə çatdırılıb.
İnteraktiv təlimdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Elm və təhsil 2022-05-14 16:51:00