Misirli ifaçı Hamza Namira V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında çıxış edib
Şuşa, 14 may, AZƏRTAC
“Qafqazın Konservatoriyası” olan Şuşada ecazkar muğamın, könüllər oxşayan Azərbaycan mahnılarının və müxtəlif xalqların musiqilərinin əsl təntənəsi yaşanır.
AZƏRTAC xəbər verir ki, mayın 14-də V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının sonuncu günündə şəhərin qala divarlarının yanında qurulmuş kiçik səhnədə misirli musiqiçi Hamza Namira folk-pop janrında dinləyicilər qarşısında çıxış edib. O, repertuarındakı ən yaddaqalan musiqilərini səsləndirib.
Qeyd edək ki, “Yeni Seyyid Dərviş” kimi qəbul edilən Hamza Namira müasir ərəb musiqisinin ən məşhur simalarındandır. Onun 4 albomu işıq üzü görüb.
“TEXNOFEST Azərbaycan” möhtəşəm konsert proqramı ilə unudulmaz anlar yaşadıb
YARAT-da açılmış “Panoptikum: Təpəgözün baxışında donmuş anlar" sərgisi davam edir
Araşdırmaçı-yazar Əkbər Qoşalı Beynəlxalq Türk Akademiyasının medalı ilə təltif olunub
İstanbulun rəmzləri şanlı bayrağımızın rənglərinə bürünüb
Akademik Milli Dram Teatrında “Zəfər yolu” tamaşasının premyerası olub