×
A
A
A
Sazlamalar

Riyaziyyat, fizika və biologiya üzrə fənn olimpiadalarının final turu keçirilib

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də riyaziyyat, fizika və biologiya fənləri üzrə respublika fənn olimpiadalarının final turu keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müvafiq fənlər üzrə final turunda 300-ə yaxın şagird iştirak edib. Riyaziyyat və biologiya fənləri üzrə şagirdlərə 3 saat, fizika fənni üzrə isə 4 saat vaxt verilib. Yoxlama və yazı işlərinə baxış prosesindən sonra nəticələr olimpiada.edu.az saytında elan ediləcək.
Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.
Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.

Elm və təhsil 2022-05-14 14:20:00