İmişlidə əsas kapitala yönəldilən investisiyanın 83,8 faizi tikinti-quruculuq işlərinin payına düşüb
İmişli, 14 may, Aydın Yavərzadə, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında İmişli rayonunda bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyon 542,2 min manat investisiya yönəldilib. Bu, əvvəlki ilin müvafiq dövründən 3 milyon 625,7 min manat, yəni 73,7 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın 6 milyon 814,1 min manatı, yəni 79,8 faizi dövlət, 1 milyon 728,1 min manatı, yəni 20,2 faizi qeyri-dövlət mülkiyyətinə aiddir.
İmişli Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əsas kapitala yönəldilmiş investisiyanın 7 milyon 162,7 min manatını (83,8 faizini) tikinti quraşdırma işləri təşkil edib. 2022-ci ilin yanvar-mart aylarında bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 687.5 min manat və ya 2,1dəfə artıb. Podratçı təşkilatlar tərəfindən 17 milyon 909,1 min manatlıq tikinti-quraşdırma işləri görülüb ki, bu da keçən ilin müvafiq dövründən 24,9 dəfə, yəni 17 milyon 188,8 min manat çox olub.
Saatlıda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
Cəbrayıl rayonunun Hacılı kəndi
Şamaxıda sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib
Uzunömürlülər II yaradıcılıq festivalında bir araya gəldilər FOTO VİDEO