×
A
A
A
Sazlamalar

Daşkəsəndə muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 19,9 faiz artıb

Gəncə, 14 may, Elcan Məmmədov, AZƏRTAC

Cari il aprelin 1-nə Daşkəsən rayonunda muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 63 nəfər və ya 1,5 faiz artaraq 4364 nəfər olub. Onlardan 3600 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2022-ci ilin yanvar-mart aylarında rayonda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,9 faiz artaraq 799,9 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

 

 

Regionlar 2022-05-14 10:50:00