×
A
A
A
Sazlamalar

Zəngilan şəhər Uşaq musiqi məktəbi növbəti uğura imza atıb

Sumqayıt, 14 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Zəngilan şəhər Uşaq musiqi məktəbinin saz şöbəsinin şagirdləri “Arts Olimpia” respublika dərəcəli incəsənət və rəqs müsabiqəsində uğurlu çıxış ediblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqənin nəticələrinə görə, məktəbin 1-ci sinif şagirdi Sənan Namazov 1-ci yerə, 3-cü sinif şagirdi Asi Qəmbərov isə 2-ci yerə layiq görülüblər. Qaliblər diplom və medalla təltif olunublar.

 

 

Regionlar 2022-05-14 10:41:00