Apreldə respublikada gündəlik 579,1 min barel xam neft hasil olunub
Bakı, 14 may, AZƏRTAC
Cari ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 693,1 min barel olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bunun 579,1 min barelini xam neft, 114 min barelini isə kondensat təşkil edib.
Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin 26-cı iclasında qəbul edilmiş razılaşmaya əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barel artırılaraq 682 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 36 min barel həcmində olması nəzərdə tutulurdu.
Azərbaycan neftinin bir bareli 121 dollardan baha satılır
“Azəriqaz”: Dörd ayda 3 milyard 498 milyon kubmetr təbii qaz qəbul olunub