×
A
A
A
Sazlamalar

Filarmoniyada xalq çalğı alətləri orkestrinin konserti təşkil ediləcək

Bakı, 14 may, AZƏRTAC
Mayın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mustafa Aşurovun dirijorluğu ilə “Şuşa İli” çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti xalq çalğı alətləri orkestrinin konserti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konsertdə solistlər - Xalq artistləri Teyyub Aslanov (xanəndə), Gülyanaq Məmmədova (xanəndə), Gülyaz Məmmədova (xanəndə), Simarə İmanova (xanəndə), Əməkdar artistlər Zakir Əliyev (xanəndə), Ruzə İbişova (xanəndə), Səidə Şərifəliyeva (soprano) həmçinin Fariz Baxşəliyev (qarmon), Səxavət Məmmədov (tar), Murad Nağızadə (nağara) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirəcək.

Mədəniyyət 2022-05-14 10:36:00