×
A
A
A
Sazlamalar

Neft qiymətləri dörd dollardan çox bahalaşıb

Bakı, 14 may, AZƏRTAC

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edib.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 4,10 dollar artaraq 111,55 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 4,36 dollar bahalaşaraq 110,49 dollar olub.

Neft - qaz 2022-05-14 10:32:00