×
A
A
A
Sazlamalar

“Təbiət fənlərində 5E modeli” mövzusunda vebinar təşkil olunacaq

Bakı, 14 may, AZƏRTAC

Mayın 16-da “Təbiət fənlərində 5E modeli” mövzusunda vebinar keçiriləcək.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, vebinarın məqsədi təbiət fənlərində 5E modelinin tətbiqinin izah edilməsidir.
Vebinarda Bakı Mühəndislik Universitetinin Kimya-biologiya kafedrasının baş müəllimi, “Təbiət V” dərslik komplektinin həmmüəllifi Elşad Yunusovun məruzəsi dinləniləcək.
Qeyd edək ki, vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Elm və təhsil 2022-05-14 10:24:00