×
A
A
A
Sazlamalar

“Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərdə təhsil almaq üçün qeydiyyat prosesinə start verilib

Bakı, 12 may, AZƏRTAC

Təhsil Nazirliyi və “Alqoritmika” Beynəlxalq Proqramlaşdırma və Riyaziyyat Məktəbi ilə əməkdaşlıq çərçivəsində növbəti tədris ili üçün “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərdə təhsil almaq üçün qeydiyyat prosesinə start verib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərdə təhsil almaq istəyən 9-cu sinif şagirdləri https://digitalskills.edu.az/ veb-səhifəsində test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməli, bu siniflərə qəbul üzrə müraciətlərini təsdiq etməlidirlər. Qeydiyyat prosesi tamamlandıqdan sonra şagirdlər regional olaraq təşkil olunan üzbəüz test mərhələsində iştirak edəcəklər.
Qəbul imtahanının I mərhələsindən uğur qazana bilməyən şagirdlərə ikinci dəfə iştirak etmək fürsəti veriləcək. Layihə çərçivəsində təşkil edilən və müddəti bir ay olan intensiv imtahana hazırlanma kursunda iştirak edərək, şagirdlər imtahanın II mərhələsində uğur qazana bilərlər.
Qeyd edək ki, şagirdlər “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərdə təhsil alaraq bir çox üstünlüklər əldə edəcəklər. Belə ki, bu siniflərdə tədris almaqla, gələcəyini informasiya texnologiyaları ixtisasları üzrə bağlayan şagirdlər daha hazırlıqlı, proqramlaşdırma dilləri üzrə praktiki bacarıqlara malik olacaqlar.

Texnologiya 2022-05-12 12:24:00