×
A
A
A
Sazlamalar

“Bakı Metropoliteni” Türkiyədə keçirilən beynəlxalq sərgi və tədbirlərə qatılıb

Bakı, 11 may, AZƏRTAC

Türkiyədə “Rail Industry Show” dəmiryolu sənayesi, infrastrukturu və texnologiyaları sərgisi və toplantısı keçirilir.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə QSC-nin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov və İdarə aparatının İstehsalat-texniki şöbəsinin rəisi Namiq Yusubov iştirak edirlər.
Dünyanın 120-dən artıq sahə üzrə şirkət və müəssisəsinin iştirak etdiyi sərgidə Bakı metropoliteninin təmsilçiləri nümayiş edilən yeniliklərlə tanış olur, yeniliklərin tətbiqi imkanlarını öyrənir, müzakirələr aparır və müxtəlif elmi-praktiki diskussiyalarda iştirak edirlər.

İqtisadiyyat 2022-05-11 19:39:00