×
A
A
A
Sazlamalar

Bank əməkdaşları arasında şahmat turniri keçirilir

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cı ildönümünə həsr olunan banklararası şahmat üzrə şəxsi və komanda turnirinə start verilib.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkədə fəaliyyət göstərən 20 bankdan 72 əməkdaş qalib adı uğrunda mübarizə aparır. Doqquz turdan ibarət yarış mayın 13-də yekunlaşacaq.
Həm şəxsi, həm də komanda yarışlarında qalib gəlmiş şəxslərə pul mükafatı, diplom və medallar təqdim ediləcək.
Qeyd edək ki, üç gün davam edəcək banklararası şahmat yarışı beşinci dəfə təşkil olunur.

 

İdman 2022-05-11 16:40:00