×
A
A
A
Sazlamalar

Kişi cüdoçularımızdan ibarət millimiz qazandığı qızıl medalların sayına görə dünyada liderlik edir

Bakı, 11 may, AZƏRTAC

Cüdo üzrə millimiz 2022-ci ildə kişilər arasında qazandığı qızıl medalların sayına görə dünyada liderlik edir.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, müxtəlif yaş kateqoriyalarında kişilərdən ibarət yığmamız bu ilin əvvəlindən bu günədək avrokuboklarda və digər beynəlxalq yarışlarda 25 qızıl, 16 gümüş və 26 bürünc medal qazanıb. Nəticədə, Azərbaycanın cüdo üzrə milli komandası dünya reytinqində kişilər arasında sıralamada 67 medalla birinci yerdə, ümumi sıralamada isə üçüncü pillədə qərarlaşıb.

İdman 2022-05-11 16:11:00