×
A
A
A
Sazlamalar

“Neftçi” futzal klubu üçüncü dəfə Yüksək Liqada bürünc medal qazanıb

Bakı, 11 may, AZƏRTAC

Cari mövsümü üçüncü pillədə başa vuran və bürünc medal qazanan “Neftçi” futzal klubu Yüksək Liqada bunadək sonuncu mükafatını 2016-2017-ci il mövsümündə qazanıb. Həmin il “Araz-Naxçıvan”ın liderliyinə mane ola bilməyən klub gümüş medala sahib olub.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, beş mövsümlük fasilədən sonra “Neftçi” Elşad Quliyevin rəhbərliyi altında bürünc medalı kolleksiyasına əlavə edib. Bakı təmsilçisi artıq 3-cü dəfə bürünc medal qazanıb. Bunadək komanda 2012-2013-cü və 2015-2016-cı il mövsümündə analoji uğuru əldə edib.
Qeyd edək ki, komanda üçün cari mövsüm hələ başa çatmayıb. Belə ki, mayın 24-də keçiriləcək “Badamlı Azərbaycan kuboku” yarışının finalında “Neftçi” komandası “Alyans Qrup”la qarşılaşacaq.

 

 

 

İdman 2022-05-11 13:07:00