×
A
A
A
Sazlamalar

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı, 11 may, AZƏRTAC

Paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 120 kvadratmetr olan mağazada elektrik lövhəsi, 10 paqonmetr kabel və 6 kvadratmetr sahədə rəflər yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yüksək temperaturdan iki ədəd kondisioner əriyib və bitişik təndirxananın alçipandan ibarət arakəsmə divarı dağılıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə 2022-05-11 10:28:00