×
A
A
A
Sazlamalar

Bakıda keçirilən yelkənli qayıq üzrə “Bahar kuboku” yarışının qalibləri bəlli olub

Bakı, 10 may, Nicat Məmmədov, AZƏRTAC

Bakıda yelkənli qayıq üzrə “Bahar kuboku” yarışı keçirilib.
Azərbaycan Yelkən Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən yarışın ilk günü dənizdə müşahidə edilən güclü dalğa səbəbindən mayın 9-da baş tutub.
Turnirdə optimist ümumi və ILCA-4 sinfinin şagirdləri iştirak ediblər. Optimist ümumi sinfindən 11 və ILCA-4 sinfindən 5 şagird mübarizə aparıb. ILCA-4 sinfindən türkiyəli Dario Dəniz Ergun da yarışa qatılıb.
Optimist ümumi sinfindən Fidan Ağazadə birinci, Kristina Kərimova ikinci, Davud Babazadə üçüncü yeri tutub.
Optimist qızlar sinfindən isə Fidan Ağazadə, Kristina Kərimova və Nəzrin Məmmədova ilk üçlükdə yer alıblar. ILCA 4 sinfindən İsmail Kərimov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Türkiyəli Dario Dəniz Ergun və Sehavet Azimov növbəti pillələrdə yer alıblar.

 

İdman 2022-05-10 19:09:00