×
A
A
A
Sazlamalar

Polisə bilərəkdən yalan məlumat verən şəxslə bağlı araşdırmalar aparılır

Bakı, 10 may, AZƏRTAC

Dəfələrlə dövlət qurumlarına, eləcə də polisə bilərəkdən yalan məlumat vermənin hüquqi məsuliyyət yaratdığı barədə xəbərdarlıqlar edilsə də təəssüf ki, bu kimi neqativ hallara hələ də rast gəlinməkdədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon sakini E.Fərəcov polisə müraciət edərək idarə etdiyi “Mercedes-Benz Vito” markalı avtomobilə sərnişin qismində əyləşən tanımadığı üç şəxs tərəfindən 500 manat məbləğində pulunun oğurlandığını bildirib.
Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə bilərəkdən yalan məlumat verdiyi və oğurluq hadisəsinin baş vermədiyi müəyyənləşdirilib. Araşdırmalarla məlum olub ki, həmin sərnişinlər yol haqqını ödəmədiyi üçün E.Fərəcov onların guya avtomobildən oğurluq etməsi ilə bağlı polisə bilərəkdən yalan məlumat verib.
Hazırda faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 

 

Hadisə 2022-05-10 16:46:00