×
A
A
A
Sazlamalar

Azərbaycan millisinin Niderland, Kosovo və Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb

Bakı, 10 may, AZƏRTAC

İyirmi iki yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Eldar Əliyev Avropa çempionatının seçmə mərhələsi üçün oyunlara 16 oyunçu çağırıb.
Onlar əsasən Azərbaycan çempionatında uğur qazanan voleybolçulardır.
Heyətdə toppaylayıcılar - Amirmehdi Ablou, Roman Qurski, Mirəşrəf Rzazadə, Uğur İbrahimov, hücumçular - Ruslan Əliyev, Mais Verdizadə, Rəşad Əliyev, Farzin Cafari Nazloo, Yusif Bünyatov, Kənan Həsənli, blokçular - Emil Aşumov, Aslan Həmidov, Mərdan Məmmədov, Yeqor Nikulenko və liberolar - Ferhat Jenkel və Emin Əmirxanlı yer alıblar.
Qeyd edək ki, millimiz seçmə mərhələdə Niderland, Kosovo və Slovakiya ilə E qrupunda mübarizə aparacaq.

 

 

 

İdman 2022-05-10 15:32:00