×
A
A
A
Sazlamalar

Ağdamın “Qarabağ” klubu beynəlxalq reytinq cədvəlində 7 pillə irəliləyib

Bakı, 10 may, AZƏRTAC

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC IFFHS-in rəsmi saytına istinadla xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Neftçi” yer alıb.
Aktivində 136 xalı olan Ağdam təmsilçisi ötən ayla müqayisədə 7 pillə irəliləyərək 99-cu yerə yüksəlib. Klub Cənubi Afrikanın “Mamelodi Sandaunz”, Almaniyanın “Bayer” (Leverkuzen) klubları ilə eyni xala malikdir.
“Neftçi” isə 87 xalla 237-ci mövqedən 221-ci sırayadək irəliləyib. "Neftçi" "Kolon Santa Fe", "Nyuells Old Boys" (hər ikisi Argentina) və "Dandolk" (İrlandiya) komandaları ilə eyni xalı toplayıb.
İlk üçlükdə 305 xalla “Çelsi” (İngiltərə), 304 xalla "Atletiko Mineyro" və 296 xalla "Palmeyras" (hər ikisi Braziliya) qərarlaşıblar.

 

İdman 2022-05-10 12:42:00