Azərbaycan millisinin Slovakiya və Belarus ilə oyunları üçün biletləri satışa çıxarılıb
Bakı, 10 may, AZƏRTAC
UEFA Millətlər Liqası çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan – Slovakiya və 13-də təşkil olunacaq Azərbaycan - Belarus oyunlarının biletləri satışa çıxarılıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, oyunlara birinci kateqoriya üzrə biletlərin qiyməti 5, ikinci kateqoriya üzrə isə 2 manat təşkil olunur. VIP biletlər isə 10 manatdır.
Hər iki oyun “Dalğa Arena”da təşkil olunacaq.
İraq millisinin 19 yaşlı üzvü "Mançester Yunayted" klubu ilə yeni müqavilə imzalayıb
Basketbol üzrə milli komandamız Avropa çempionatında ilk oyununu keçirib
"Liverpul"un hücumçusu Takumi Minamino "Monako"ya keçib
Azərbaycan çempionu "Murov" Xorvatiyanın “Kitro Varazdin” klubu ilə qarşılaşacaq
Güləşçimiz Qurban Qurbanov U-20 Avropa çempionatının finalına yüksəlib