×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda mağazadan elektrik məhsulları oğurlayan şəxs yaxalanıb

Bakı, 10 may, AZƏRTAC

Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə Z.Bünyadov prospektində yerləşən mağazalardan birinin anbarından 60 min manat dəyərində elektrik məhsullarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən mağazanın keçmiş işçisi Mahmud Qarayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.

 

Hadisə 2022-05-10 11:16:00