×
A
A
A
Sazlamalar

Xətai rayonunda oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkum tutulub

Bakı, 10 may, AZƏRTAC

Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə mayın 8-də Gəncə prospektindəki binalardan birinin liftindən 1600 manat dəyərində 16 ədəd mühərrik dayağının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Məmmədov müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2022-05-10 10:50:00