Səbail rayonunda moped oğurlanıb
Bakı, 10 may, AZƏRTAC
Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinə mayın 7-də Badamdar qəsəbəsindən F.Abdullayevaya məxsus 4500 manat dəyərində “Yamaha” markalı mopedin oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şəmilov və Şərur rayon sakini Emil Babayev müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
Tarixi əşyaların qaçaqmalçılıq yolu ilə ölkə sərhədindən keçirilməsinin qarşısı alınıb
Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Masallıda narkotik vasitənin təsiri altında avtomobili idarə edən sürücü həbs olunub
Abşeron rayonunda quldurluq edən iki nəfər saxlanılıb
FHN: Ötən sutka ərzində 91 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib