×
A
A
A
Sazlamalar

Avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü barəsində protokol tərtib olunub

Bakı, 9 may, AZƏRTAC

Mayın 8-də saat 16 radələrində Ağdaş rayonunun Maşat kəndi ərazisində “VAZ-21154” markalı avtomobil manevr qaydasını düzgün yerinə yetirmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları sürücü, rayon sakini İlkin Cəfərovun narkotik maddənin təsiri altında avtomobil idarə etdiyini müəyyənləşdiriblər. Həmin şəxs polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlədib.
Narkotik maddənin təsiri altında avtomobil idarə etdiyinə və polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlətdiyinə görə İ.Cəfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub və o, Ağdaş Rayon Polis Şöbəsinə təhvil verilib.

 

Hadisə 2022-05-09 14:30:00