Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 9 may, AZƏRTAC
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 8-də saat 3 radələrində Sumqayıtda şəhər sakini R.Məmmədov idarə etdiyi “Khazar” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Nəticədə avtomobildə olan sərnişin Elxan Səmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Baş Prokurorluq: Yasamal rayonunda baş vermiş intihar faktı ilə bağlı cinayət işi başlanıb
Zərdabda bir tondan çox yabanı halda bitmiş çətənə bitkisi məhv edilib
Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın baş verib
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanunsuz tikintinin qarşısını alıb
FHN: Qeyri-iş günləri ərzində biri azyaşlı olmaqla 20 nəfər xilas edilib