Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 113 cinayətin üstünü “isti izlər”lə açıblar
Bakı, 9 may, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) son iki gündə qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 113 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 59, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO