Jurnalistlər arasında minifutbol üzrə “Zəfər kuboku” yarışlarında daha 3 oyun keçirilib
Bakı, 9 may, AZƏRTAC
Mayın 8-də İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə “Zəfər kuboku” yarışında daha 3 oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında "Füzuli" və "Cəbrayıl" komandaları üz-üzə gəliblər. Qarşılaşma "Cəbrayıl"ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
B qrupunda "Suqovuşan" "Şuşa" komandasını sınağa çəkib. Oyunda "Şuşa" 1:9 hesabı ilə uduzub.
C qrupunda isə "Kəlbəcər" "Laçın"ı 2 cavabsız qolla məğlub edib – 2:0.
Yarışda 12 komanda mübarizə aparır və hər biri işğaldan azad olunmuş bölgəni təmsil edir.
“Neftçi” klubu Gürcüstan milli komandasının üzvünü transfer edib
Dünya Badminton Günü ilə bağlı Qusarda tədbir keçirilib
“Zirə” klubu futbolçusu Sərtan Taşkınla müqaviləni yeniləyib
“Lex” – “Qarabağ” matçına 22 mindən çox bilet satılıb
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Belarusda davam etdirəcək