×
A
A
A
Sazlamalar

Süni intellekt mövzusunda təlim

Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Galactech School” tərəfindən süni intellekt mövzusunda “Age of AI” adlı tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, interaktiv formatda keçirilən təlim əsasən süni intellekt üzrə dünyada baş verən son yenilikləri və ehtimal olunan tətbiqləri mövzusunu əhatə edib.
Tədbirdə universitetin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin əməkdaşı Aytac Məlikova, “Galactech School” Təlim Mərkəzinin direktoru Orxan Əhmədov, kooperativ əlaqələr üzrə meneceri Fidan Əlizadə və tələbələr iştirak ediblər.
Mərkəzin direktoru Orxan Əhmədov süni intellekt mövzusunda təqdimatla çıxış edib.
Sonda tələbələrin sualları cavablandırılıb və iştirakçılara “Galactech School” tərəfindən xüsusi hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “Galactech School” İngiltərə, ABŞ təhsil-tədqiqat şirkətləri ilə əməkdaşlıq çərçivəsində tədqiqatlar apararaq təhsildə innovativ modellər tətbiq edən, “EdTech” konseptli qlobal bazar üçün nəzərdə tutulmuş startap fəaliyyəti göstərən, informasiya texnologiyaları sahələrinin tədrisini optimallaşdırma məqsədli lokal metodologiyalar yaradan bir təhsil brendidir.

 

Texnologiya 2022-05-07 12:44:00