×
A
A
A
Sazlamalar

AMEA Yüksək Texnologiyalar Parkına yeni inkubator-rezident qəbul olunub

Bakı, 6 may, AZƏRTAC
AMEA Yüksək Texnologiyalar Parkına (YTP) daha bir inkubator-rezident qəbul olunub.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, “Troniq” MMC ən müasir standartlar əsasında robototexnikaların hazırlanması və onların süni intellekt sistemlərinə inteqrasiyasının təmin edilməsini həyata keçirir.
Şirkətin həyata keçirdiyi layihələr arasında interaktiv mobil xidmət robotu “Kiki”, mühafizə xidmətlərinə və mülk sahiblərinə anında məlumat vermək imkanına malik “Pignus” sistemi, istənilən növ müəssisədə və ya mühitdə yoluxucu xəstəliklərin, virusların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanmış “Seit-uv” robotu, LED lampaların istehsalı və s. qeyd etmək olar.
“Troniq” MMC texnoloji məhsulları sınaqdan keçirtmək üçün bünövrənin müasirləşdirilməsinin tam və kompleks yanaşmasını təklif edir. Bütün avadanlıq və proqram təminatları keyfiyyət və təhlükəsizlik üzrə kompleks sınaqlardan keçirilir.

Texnologiya 2022-05-06 17:13:00