Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim keçirilir VİDEO
Bakı, 6 may, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin taktiki-xüsusi təlimi keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çətin keçidli dağ və qayalıq ərazilərdə xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər.
Taktiki-xüsusi təlimlərin keçirilməsində əsas məqsəd xüsusi təyinatlı hərbi hissə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi təşkil edilib
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Qardaş ölkə hərbçiləri ilə birgə təlimlər keçirilib
Azərbaycan Ordusunun hərbi qulluqçusu baş vermiş texniki qəza nəticəsində həlak olub