Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 6 may, AZƏRTAC
Mayın 5-i saat 18 radələrində Tovuz rayonunun Əyyublu kənd sakini 1986-cı il təvəllüdlü Bəxtiyar Əkbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Tovuz Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1988-ci il təvəllüdlü Tural Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Əkbərovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Tural Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Ölkə ərazisində qeydə alınan cinayətlərdən 53-nün açılması təmin olunub
Ağsuda qəbiristanlıqda baş verən cinayət işi üzrə istintaq yekunlaşdırılıb
İsmayıllıda sərxoş vəziyyətdə avtoxuliqanlıq edən sürücü həbs olunub
Paytaxt sakinləri Lənkəranda 6 kiloqram narkotik vasitə ilə tutuldular