“Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə taqımı” adı uğrunda yarış keçirilib
Bakı, 5 may, AZƏRTAC
Bu ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda “Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə taqımı” adı uğrunda yarış keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışda zəhərləyici maddələrin aşkarlanması, radiasiya və kimyəvi kəşfiyyatın aparılması üzrə tapşırıqlar icra edilib, həmçinin qoşunların müxtəlif döyüş fəaliyyətləri zamanı hərbi qulluqçuların aerozol maskalanması üzrə praktiki və səhra vərdişləri təkmilləşdirilib.
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir
Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edir VİDEO