Abşeronda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bakı, 5 may, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinə Nübar yaşayış sahəsindəki rayonun kommunal idarəsinə məxsus tikilidən 1200 manat dəyərində otbiçən aparat, plastik boru yapışdıran aparat və elektrik naqili oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Eltun Həsənov, əvvəllər məhkum olunmuş Əmrah Qurbanov və Orxan Həsənov müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək saxlanılıblar
Gəncə şəhər sakininin bank hesabından pul oğurlayan əvvəllər məhkum olunmuş şəxs yaxalanıb
FHN: Ötən sutka ərzində 108 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ölkə ərazisində qeydə alınan cinayətlərdən 53-nün açılması təmin olunub