×
A
A
A
Sazlamalar

Sumqayıtda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Bakı, 5 may, AZƏRTAC

Sumqayıt şəhərində narkotik vasitənin təsiri altında avtomobil idarə edən və yol polisinin qanuni saxlama tələbinə tabe olmayan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tural Hüseynov şəhər ərazisində idarə etdiyi avtomobillə ardıcıl olaraq kobud qayda pozuntuları etdiyi üçün Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ona saxla işarəsi verib. Amma sürücü onlardan qaçmağa çalışıb. Yol polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Tural Hüseynovun saxlanılması təmin edilib. Sürücü daha sonra Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən tibbi müayinəyə cəlb edilib və onun sükan arxasında narkotik vasitələrin təsiri altında olduğu müəyyənləşdirilib.
Tural Hüseynov barəsində toplanan material məhkəməyə göndərilib və o, məhkəmənin qərarı ilə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün inzibati qaydada həbs olunub.

Hadisə 2022-05-05 14:20:00