×
A
A
A
Sazlamalar

Gömrükçülər narkotik vasitələr aşkarlayıblar

Bakı, 5 may, AZƏRTAC

Gömrükçülər narkotik vasitələr aşkar ediblər.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postunun ixrac gömrük nəzarəti xəttində “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib. Bu zaman sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını deyib. Lakin gömrük baxışı keçirilən zaman sürücü avtomobilin salonunu tərk edərək postun ərazisində yerləşən müvəqqəti saxlanc anbarına tərəf qaçıb, üzərindəki bağlamanı yaxınlıqdakı otluq əraziyə tullayıb. Otların arasından bir ədəd yapışqanlı lentlə sarılmış bükülünün içərisində, ümumi çəkisi 8 qram olan narkotik vasitə-tiryək və çəkisi 2 qram olan narkotik vasitə- marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-05-05 14:24:00