Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 55 cinayətin üstünü “isti izlər”lə açıblar
Bakı, 5 may, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) mayın 4-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 55 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 84 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.
Bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək saxlanılıblar
Gəncə şəhər sakininin bank hesabından pul oğurlayan əvvəllər məhkum olunmuş şəxs yaxalanıb
FHN: Ötən sutka ərzində 108 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ölkə ərazisində qeydə alınan cinayətlərdən 53-nün açılması təmin olunub