×
A
A
A
Sazlamalar

Sumqayıt şəhərində avtobus sürücüsünə qarşı xuliqanlıq edən şəxs saxlanılıb VİDEO

Bakı, 4 may, AZƏRTAC

Sumqayıt şəhərində 7 nömrəli marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobusun sürücüsünə hücum edilməsi barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma başlanılıb. Sürücünün şikayəti qeydə alınıb və xəsarətlərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilib. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Aftandil Novruzov saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsinə təhvil verilib.
Faktla bağlı idarənin istintaq şöbəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Hadisə 2022-05-04 18:34:00

Video