×
A
A
A
Sazlamalar

Mütəxəssis: Yataq dəyişikliyi həftədə bir dəfə yenilənməlidir

Bakı, 4 may, AZƏRTAC

Nevropatoloq və yuxu üzrə mütəxəssis professor Lindsay Brovning deyir ki, yataq dəyişikliyi həftədə bir dəfə yenilənməlidir. Bunun ən əsas səbəbi gigiyenadır. Havalar isindikcə gecə tərləmələr artır və yataq üzü həmin təri özünə çəkir.
AZƏRTAC BBC-ə istinadla bildirir ki, xroniki yuxusuzluq ümumiyyətlə stress, həyat hadisələri və ya yuxunu pozan vərdişlərin nəticəsidir.
L.Brovning bildirib ki, yataq dəyişikliyinin təri özünə çəkməsi həm pis qoxuya, həm də dəridə məsamələrin tıxanmasına səbəb olur. Yatmaq üçün özümüzü sərində hiss etməliyik və bu hava axınını təmin etməklə mümkün olur. Təkcə tər deyil, yuxu zamanı bədənimizdən xaric olan ölü dəri hüceyrələri də hava axınının qarşısını ala bilər. Yataq dəyişikliyində toplanan hüceyrələr ölü hüceyrələrlə qidalanan gənələrin yaranmasına bu isə narahatlığa və dəri allergiyasına səbəb olur. Xüsusilə yay aylarında yataq dəyişikliyini həftədə bir dəfə yenilənməsi tövsiyə edilir.
Professor L.Brovning hesab edir ki, insan yataq otağında özünü xoşbəxt və təhlükəsiz hiss etməlidir. "Yatağa girəndə təmiz yatağın qoxusu bizə sakit və xoşbəxt hiss etməyə kömək edir", - deyib.

Sağlamlıq klubu 2022-05-04 14:22:00