Xırdalan şəhərində əvvəllər məhkum olunmuş şəxsdə narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 4 may, AZƏRTAC
Mayın 3-də Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri ərazisində özünü şübhəli aparan şəxs saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rəşad Ağayev olması müəyyənləşdirilib.
Şəxsi axtarış zamanı Rəşad Ağayevdən 68 qramdan çox heroin, 31 qrama yaxın metamfetamin, tiryək, həmçinin 3050 manat məbləğində pul və 2 ədəd mobil telefon aşkarlanaraq götürülüb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb
Dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Xətai rayonunun Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib