Nərimanov rayonunda sexdən 6 min manat dəyərində əlvan metal oğurlanıb
Bakı, 4 may, AZƏRTAC
Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə mayın 1-nə keçən gecə rayon ərazisindəki sexlərin birindən 6 min manat dəyərində əlvan metalın oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Ağayev müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.
Bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək saxlanılıblar
Gəncə şəhər sakininin bank hesabından pul oğurlayan əvvəllər məhkum olunmuş şəxs yaxalanıb
FHN: Ötən sutka ərzində 108 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ölkə ərazisində qeydə alınan cinayətlərdən 53-nün açılması təmin olunub