Ağsuda “Məktəbdə bomba var” deyən şəxs saxlanılıb
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də saat 04.50-də Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzinə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu qapadıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.
Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edilməsi müəyyən olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.
Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb
Dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Xətai rayonunun Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib