×
A
A
A
Sazlamalar

Yanvar-mart aylarında nəqliyyat vasitələri ilə 49,3 milyon ton yük daşınıb

Bakı, 30 aprel, AZƏRTAC

Yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 49,3 milyon ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 5,7 faiz artıb. Yüklərin 55,9 faizi avtomobil, 7,7 faizi dəmir yolu, 2,9 faizi dəniz, 0,3 faizi hava nəqliyyatı, 33,2 faizi isə boru kəməri ilə daşınıb.

Nəqliyyat 2022-04-30 16:12:00