×
A
A
A
Sazlamalar

Üç ayda ölkəyə 17,1 min avtomobil idxal olunub

Bakı, 30 aprel, AZƏRTAC

Yanvar-mart aylarında Azərbaycana 189 milyon 354 min ABŞ dolları dəyərində 17 min 102 avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 90-ı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 15 min 934-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 1012-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 66-sı isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Nəqliyyat 2022-04-30 15:08:00