×
A
A
A
Sazlamalar

Yanvar-mart aylarında dəmir yolu ilə 1,4 milyon ton yük daşınıb

Bakı, 30 aprel, AZƏRTAC

Yanvar-mart aylarında dəmir yolu nəqliyyatı ilə 1 milyon 426,7 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 789,5 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 635,1 min ton yükün dəyəri 269,6 milyon dollar təşkil edib.
Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 791,6 min ton, dəyəri isə 519,9 milyon dollar olub.

 

Nəqliyyat 2022-04-30 14:15:00