×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib  YENİLƏNİB VİDEO

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvilini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Dünya Turizm Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.
Zurab Pololikaşvili turizmin inkişafına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.
Söhbət zamanı ölkəmizdə hazırkı postpandemiya dövründə pandemiyadan əvvəlki turizmin inkişaf səviyyəsinin bərpa edilməsi və daha da artırılması istiqamətində həyata keçirilən və görüləcək işlərdən danışıldı. Bu baxımdan ölkəmizin müvafiq strukturları tərəfindən Dünya Turizm Təşkilatının tövsiyələrindən istifadə olunmasının önəmi vurğulandı.
Ölkəmizin əldə etdiyi böyük iqtisadi uğurların, hökm sürən əmin-amanlığın, geniş turizm infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən tədbirlərin turizmin inkişafı üçün çox yaxşı zəmin yaratdığı bildirildi.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Rəsmi xronika 2022-04-30 14:30:00

Video