×
A
A
A
Sazlamalar

“Unibroad” təhsil portalının təqdimatı keçirilib

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə xaricdə təhsil barədə təqdimat keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, İsveçrənin Amerika Universitetinin nümayəndəsi Aleksandros Katsidonis və “Unibroad” təhsil portalının rəhbəri İradə Həsənova xaricdə təhsil barədə təqdimatla çıxış ediblər.
Təqdimatda “Unibroad” təhsil portalının gənclərin xaricdə təhsil ala bilmələri üçün yaratdığı imkanlar, eləcə də ABŞ, Avropa, Asiyanın aparıcı ali təhsil müəssisələrində bakalavr və magistr təhsili, qəbul qaydaları, yaşam şəraiti barədə məlumat verilib.
Sonda tələbələrin xaricdə təhsillə bağlı sualları cavablandırılıb.

Texnologiya 2022-04-29 17:23:00